21:42, 28 Mart 2018 (Çərşənbə) 171

"Əl-Qaidə" liderlərindən birinin məhv edildiyi bildirilir

ABŞ hərbçiləri Yəməndə "Maqrib ölkələrində Əl-Qaidə" terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

APA-nın verdiyi xəbərə görə, Pentaqonun məlumatında bildirilir ki, hava zərbəsi nəticəsində  qruplaşmanın iki üzvü, o cümlədən liderlərindən biri Musa Əbu-Daud məhv edilib. 

Məlumata görə,  qruplaşmaya yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan Əbu-Daud bölgədə terror əməliyyatlarına maliyyə və texniki dəstək göstərib.