Siyasət

Ekspert: "Yayım sektoru tam sıradan çıxarılıb"

26 Aprel, 2018
783
Sərhədsiz Reportyorlar təşkilatı mətbuat azadlığını indeksinə görə Azərbaycanı 180 ölkə içində 163-cü yerdə qərarlaşdırıb. 

Bu hesabata görə, Azərbaycanın həmsərhəd olduğu Ermənistan 80, Gürcüstan 61-ci, İran 164-cü yeri tutub.

Media hüquqçusu Xalid Ağaliyev hesabatı ədalətli sayır, onu mübahisələndirməyə əldə hər hansı tutarlı əsas olmadığını deyir: "Hesabatda aşağı yerdə olmağımızın səbəbi olduqca sadədir, mətbuat azadlığı hesabatında aşağı-yuxarı gerçək yerimiz elə axırlardır. Təəssüflər olsun ki, bu gerçəyi qəbul etməliyik. Azərbaycanda iki həftə əvvəl seçki oldu, seçkidən sonra bir qrup müşahidəçi seçkidə pozuntuların olduğunu açıqladı. Bu zaman bizim mətbuat seçki prosesini tənqid edənlərin üzərinə getdi. Mətbuat pozuntu edənin yox, "pozuntu var” deyənin üzərinə gedirsə, reytinqdəki aşağı yeri ilə razılaşmaqdan başqa çarəmiz yoxdur. Müqayisə üçün onlarla belə nümunələr gətirmək olar”.

X.Ağaliyev səbəblərdən fərqli olaraq durumdan çıxış yollarının kifayət qədər mürəkkəb olduğunu ifadə edib. 

"Çox şey hökumətin əlindədir. Mətbuat qanunları dəyişdirilir, bu dəyişikliklərin hamısı ifadə azadlığına məhdudlaşırıcı təsir göstərən məzmundadır. Sözə görə, ifadə azadlığından geniş istifadə etdiyinə görə həbsdə olanlar var. Mətbuatın yayım sektoru tam sıradan çıxarılıb. Mətbuatın reklam gəlirlərinin həcmi qonşu ölkələrdəkindən az qala yüz dəfə azdır. İnformasiyalara çatım ciddi problemlərlə doludur. Jurnalıistlərin sərbəst fəaliyyət göstərmək mühiti yoxdur. Sadalanan problemlərin çözüm açarı da hökumətin əlindədir”, - deyən X.Ağaliyevə görə, hökumət bu problemləri aradan qaldırmağa istəkli deyil.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli isə bildirib ki, Azərbaycanın bu kimi hesabatlarda belə yerləri tutması ilk deyil: "Mənə elə gəlir ki, bu vəziyyətdən çıxmaq üçün düşünmək lazımdır. Səbəbləri araşdırmaq, təkrarlamamaq lazımdır”.

Gülzar N. Məmmədli
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo