Müsahibə

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

13 Sentyabr, 2018
3281
Elşən Qafarov: "Təhsil Nazirliyi rus bölməsinə artan tələbatın qarşısını almaq üçün süni maneələr yaradır"

Son 3 ildə ölkəmizdə ümumtəhsil məktəblərində rus bölməsinə tələbatın artması barədə məlumatlar yayılır. Lakin tələbat artdıqca valideynlərin qarşılaşdığı maneələr də media və sosial şəbəkələrdə müzakirə olunur. 

Bu problemlərlə bağlı yaranmış suallara aydınlıq gətirmək üçün təhsil üzrə ekspert Elşən Qafarova müraciət etdik.

O, Toplum TV-yə müsahibəsində bununla bağlı Təhsil Nazirliyinə təkliflər paketi təqdim etdiyini də deyib.  

- Elşən bəy, niyə əksər valideynlər övladlarını məktəblərə qeydiyyatdan keçirərkən rus bölməsini seçirlər?

- Öncə bildirmək istəyirəm ki, bu məsələnin obyektiv tərəfləri ilə yanaşı, subyektiv tərəfləri də var. Obyektiv tərəfi budur ki, Azərbaycanın mühiti rus dilindən uzaqlaşdığına görə hazırki vəziyyətdə rus bölməsində oxuyan şagird ən azından rus dilində bilir. Rus dilini bilən şəxs - əlavə xarici dil bilən şəxs olaraq, ölkədə, xüsusilə Bakıda iş tapmaq problemi ilə üzləşmir. Yəni valideyn də istəyir ki, günü-gündən artan bu tələbatla bağlı övladı gələcəkdə belə bir problemlə qarşılaşmasın. Çox maraqlıdır ki, hazırda rus bölməsinə sənəd verənlərin əksəriyyətinin ailə üzvləri bu dili bilmir.

- Bəs subyektiv tərəfi nədir?

- Məsələnin subyektiv tərəfi bundan ibarətdir ki, DİM-in apardığı qəbul imtahanında rus bölməsini bitirənlərə ümumilikdə hər il ali məktəblərə ayrılmış tələbə sayının 30 faizi qədər yer ayrılır. Əslində isə ümumtəhsil sektorunda təhsil alan şagirdlərin cəmi 10 faizi rus bölməsində oxuyur. Bu o deməkdir ki, rus bölməsini bitirən hər bir şəxs çox asanlıqla Azərbaycanda ali məktəblərə daxil ola bilir. Eyni zamanda rus bölməsi üçün qoyulan suallar çox asan qoyulur. Bu baxımdan ali məktəblərə daxil olmaqda çətinlik yaranmır. Digər tərəfdən də rus dilini bilən istənilən azərbaycanlının Rusiyanın ən nüfuzlu universitetlərinə daxil olma şansı çoxdur.

- Son günlərdə valideynlərin övladları üçün rus bölməsi üzrə məktəblərdə yer tapa bilməməsi aktual problemlərdən biridir. Bunun səbəbi nədir?

- Günü-gündən rus bölməsinə tələbat artsa belə, rus bölməsi üzrə Təhsil Nazirliyində kadr problemi var. Xüsusilə, ibtidai sinif müəllimləri ilə bağlı kadr problemi mövcuddur. Təhsil Nazirliyi isə öz növbəsində vəziyyəti həll etmək iqtidarında deyil. Ona görə də rus bölməsi üzrə uşaq qəbulunun qarşısını almağa çalışırlar. Belə ki, müxtəlif süni maneələr yaratmaqla bu tələbatın qarşısını alırlar.

- Bəs belə bir halın qarşısını almaqla bağlı hər hansısa təklifləriniz varmı?

- Təhsil Nazirliyinə bununla bağlı dəfələrlə təkliflər vermişəm. Hazırladığım təkliflərdən biri bundan ibarətdir ki, vaxtilə rus-dili dərslərinin azlığı səbəbindən öz ixtisasını digər, məktəbdə psixoloq və ya başqa fənlər üzrə müəllim ixtisasına dəyişmiş həmin rus-dili müəllimlərini əlavə təhsilə cəlb edib ibtidai sinif müəllimi kimi yenidən təkminləşdirmək olar.
İkinci təklifim budur ki, Pedaqoji Universitetində rus bölməsi üzrə tələbə yerlərinin sayını çoxaltmaq lazımdır.
Digər təklifim də budur ki, ümumtəhsil məktəblərində rus bölməsi ilə yanaşı ingilis-dili üzrə bölmə də açılsın. İnanıram ki, əgər bu gün ingilis-dili bölməsi açılsa valideynlərin böyük bir hissəsi rus bölməsinə deyil, ingilis-dili bölməsinə üz tutacaq. Çünki belə olmaqla, övladları üçün daha uzaq ölkələrdə də böyük şanslar yarana bilər. Düşünürəm ki, bu təkliflərlə bağlı Təhsil Nazirliyi konkret tədbirlər görməlidir.

Samirə Əliyeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo