İqtisadiyyat

Ekspert: "Sahibkarı məcbur etmək olmaz ki, buğda yox, pampıq ək"

1 Mart, 2018
1863
"Əkin üçün dövlətdən icarəyə götürdüyüm torpaqda pambıq əkməyimi məsləhət görürlər”.

Füzuli rayonunun Əhmədbəyli kənd sakini Vaqif Əsədov belə deyir. 

Onun sözlərinə görə, buğda əkmək məqsədilə icarəyə götürdüyü torpaqda bu ildən pambıq yetişdirəcək: "Keçənilki kimi bu il də dənli bitkiləri əkmək məqsədilə torpağın icarə haqqını ödədim. Amma dedilər ki, bir neçə həftə əvvəl götürdüyüm torpaqda pambıq əkməyim məsləhətdir. Həm özüm, həm də dövlət üçün faydalı olacaq. Pambıq istehsalı buğda, arpa yetirşdirməkdən çətin olsa da, bu il riskə getmək qərarına gəldim”.

Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci ildə Azərbaycanda 140 min hektar sahədə pambıq əkini planlaşdırıldığını deməsindən sonra kəndli və fermerlərin pambıq əkməyə sövq edilməsi barədə məlumatlar yayılır. 

Nazirliyin məlumatında bu il pambıq əkini üçün ayrılmış sahənin 2017-ci ilin eyni göstəricisindən 3.6 min hektar çox olması da diqqət çəkir. 

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

"Onlar bazarın və özlərinin tələbatına uyğun şəkildə məhsul istehsal etməlidirlər”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, hökumətin pambıq istehsalını artırmaq istəyi ət və süd məhsullarının idxalının artmasına səbəb olub: "2017-ci il göstərdi ki, Azərbaycan hökümətinin pambıqçılıq istiqamətində tutduğu xətt yanlış idi.
 
 
Pambıqçılıq fermerlərə, kəndlilərə gəlir gətirmədi, əksinə kəndli və fermerlər 10 milyon manat dəyərində zərərə məruz qaldılar. Bu, azmış kimi pambıqçılığı heyvandarlığın hesabına genişləndirdikləri üçün 2017-ci ildə ət və digər heyvandarlıq məhsullarının idxalı kəskin şəkildə artdı. Hətta bu artım indi də davam edir. Cari ilin yanvar ayında ötən ilə nisbətən ölkəyə ət idxalı 58 faizdən çox, kəsim üçün gətirilən diri heyvanların sayı və süd idxalı da 2 dəfə çox artıb. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan pambıqçılıq siyasətini yanlış olaraq qəbul etmişdi. Bu siyasətə yenidən baxmağın zamanıdır. Üstəlik? fermerləri, kəndliləri bu işə məcbur etməli deyillər. Onlara  imkan verməlidirlər ki, bazarın və özlərinin tələbatına uyğun şəkildə məhsul istehsal etsinlər. Bu yolla kənd təsərrüfatı ilə məşğul olan şəxslər öz gəlirlərini artıraraq, ölkə əhalisinin ərzaqla təminatına da töhfə verə bilsinlər”.

"Bu, özbaşınalıq və sahibkarın hüquqlarının pozuntusuna gətirib çıxarır”

Hüquqşünas Əsabəli Mustafayev dövlətin sahibkara birbaşa müdaxiləsini qanunsuz sayıb: "Öncə ayırd etmək lazımdır ki, sözügedən məcburiyyət hansı torpaq sahələrinə edilir. Ola bilsin ki, bəzən dövlət hər hansı kənd təsərrüfatı növünü stimullaşdırmaq üçün torpaq sahəsini verir. Dövlət taxıl əkilməsi üçün vətəndaşa icarəyə verdiyi  torpaqdan taxıl götürülməsini tələb edə bilər.
 
Əgər verilən torpaq sadəcə kənd təsərrüfatı təyinatlıdırsa, dövlət məmurlarının kəndlidən pambıq əkməsini tələb etməsi özbaşınalıqdır. Dövlət siyasətində pambıqçılığa üstünlük verilirsə, bunun stimullaşdırıcı yolları var. Belə ki, dotasiya, kredit, texniki vəsait, toxum və gübrə vermək yolu ilə kəndlini pambıq əkininə maraqlandırmaq olar. Əks təqdirdə isə, bu, özbaşınalıq və sahibkarın hüquqlarının pozuntusuna gətirib çıxarır”.

"Kəndliyə və fermerə təzyiq etməsi də, doğru addım deyil”

Hüquqşünas Ruslan Əliyev isə pambıq istehsalını artırmaq istəyən hökumətin əvvəlcə kəndliyə pambıq becərməsi üçün əsaslı səbəb gətirməli olduğunu deyir: "Dövlətin mülkiyyətə istənilən müdaxiləsi qadağandır. Təklif adı altında müxtəlif vasitələrlə kəndliyə və fermerə təzyiq etməsi də doğru addım deyil. Belə ki, pambıq əkənlərə əsassız üstünlüklər vermək və ya pambıq əkməyən fermerləri əsassız məhrumiyyətlərə məruz qoymaq hüquqlara ziddir. Müdaxilə isə hər bir halda demokratik cəmiyyətin ziyanınadır.
 
 
Mülkiyyət hüququ demokratik cəmiyyətin əsas təməllərindən biridir və o, toxunulmaz olmalıdır. Hər hansı kampaniya, dövlət siyasəti, proqramı və ya təklif - sadalananların hər biri qanuna əsaslanmalıdır. İnsanlar bilməlidir ki, biz bunu niyə əkməliyik. Yəni dünya bazarında dövlətin məsləhət gördüyü məhsul bahadırmı, yaxud da ölkə daxilində həmin məhsula tələbat çoxdurmu. Bu kimi suallara cavab verən xüsusi bir əsaslandırma olmalıdır. İkincisi də, əgər pambıq əkilməsi məsləhəti dövlət torpağına aiddirsə, qanuni sayılır. Əgər dövlət vətəndaşlara özlərinin icarəyə götürdükləri torpaqlarda nə əkmələrini məsləhət görürsə, bu addım ciddi şəkildə əsaslandırılmalıdır”.

2017-ci ildə Azərbaycanda 207.5 min ton pambıq yığılıb. Bu, əvvəlki ilə nisbətən 118.1 min ton çoxdur. Ötən il məhsuldarlıq 15.2 s/hektar olsa da , bu, 2016-cı ildəkindən 2.1 faiz azdır.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin analoji göstəricisindən 33 min 373 hektar çox idi.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo