İqtisadiyyat

Ekspert: "Rəqəmlərlə "rəqs" ediblər"

17 Mart, 2018
1213
Martın 15-də VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir.

Dövlət başçısı ölkədə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyib.

O bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb.

İqtisadçı Natiq Cəfərli prezidentin fikirlərinə münasibət bildirərkən deyib ki, Azərbaycanda ehtiyac meyarı 130, yaşayış minimumu 173 manatdır: "Yəni göstəricilər o qədər aşağı çəkilib ki, rəqəmlərlə "rəqs" edərək yoxsulluq səviyyəsini rəsmi statistikada aşağı salıblar. Yoxsulluğu hesablamaq üçün indikatorlar çox önəmlidir, ölkədə normal indikatorlar tədbiq edib, doğru hesablamalar aparsalar, yoxsulluq səviyyəsi bir neçə dəfə artar”.

"Məsələn, ABŞ-da illik gəliri 20 min dollardan az olanlar yoxsul sayılır - bizdə ilə 20 min dollar, yəni 34 min manat qazanana varlı adam deyirlər. Almaniyada aya 900 avro və daha aşağı gəliri olanlar yoxsul sayılır, bizdə aya 1810 manat maaş alanlar bəy və ya gəlin adına ən yaxşı namizəd hesab olunur, qohum-qonşu şəbəkəsi beləsini ər, və ya xanım olmağa ən ideal namizəd sayırlar, belə maaş alanlar arasında "seçkilər" ölkədə prezident seçkilərindən daha rəqabətli vəziyyətdə keçir. Ya da AB-nin ən kasıb ölkəsi Bolqarıstanda yoxsulluq səviyyəsi 200 avroya, yəni 400 manata yaxındır. Bizdə 400 manat maaşı olan işə düzəlmək üçün camaat 4000 manat rüşvət verməyə hazırdır”.

Ekspert vurğulayır ki, yoxsulluq səviyyəsini düzgün ölçmək üçün mütləq normal indikatorlar olmalı, hesablamalar doğru aparılmalıdır”.

Natiq Cəfərli əlavə edib ki, 2017-ci ilin noyabr ayının rəsmi məlumatina görə ölkədə muzdla çalışanların sayı 1 mln. 517 min 800 nəfər olub.
 

Onun sözlərinə görə, 2018-ci ilin fevral ayının 1-nə olan rəsmi məlumata görə isə ölkədə işləyənlərin sayı 1 mln. 508 min 400 nəfər olub - deməli, işləyən insanların sayı 9400 nəfər azalıb:

"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə deyir ki, bu ilin ilk 2 ayında 27530 nəfər işlə təmin olunub.  Yəni bunların iki sözü bir-birini tutmur, rəsmi statistika belə hökumətin yalanını çıxarır”.

"Statistika beynəlxalq standartlarla hesablanır”

Deputat Aydın Hüseynov isə prezidentin çıxışında səsləndirdiyi fikrin reallığı əks etdirdiyini bildirib: "Azərbaycanda rəsmi işsizlik səviyyəsi 5 faizdir. Bu statistika reallığı əks etdirir. O mənada ki, Azərbaycan Avropaya inteqrasiya edib və beynəlxalq təşkilatlara hesabat verir. Statistika özü beynəlxalq standartlarla hesablanır”.
 
 

Onun sözlərinə görə, Azərbaycanda əmək bazarına hər il 100 min əmək qabiliyyətli vətəndaş çıxır: "Gənclərin sayı artır, dövlətin də başlıca siyasəti onların yeni iş yerləri ilə təmin olunmasına çalışmaqdır”.

Son iki ildə xarici şirkətlərin kütləvi şəkildə Azərbaycandan getməsi iqtisadçılar və müstəqil ekspertlər tərəfindən sahibkarlıq mühitinin, investorların əsas marağında olduqları mülkiyyət hüququ durumunun acınacaqlı olması kimi qiymətləndirilir.

Azərbaycanda ÜDM 10 il öncə, yəni 2007-ci ildə ÜDM 24215.7 milyon manat (28220.1 milyon dollar) təşkil edib. Bu rəqəmlər 2017-ci il üçün  2610,3 manat təşkil edir.
Yəni son 10 ildə manatla ÜDM 3 dəfəyə yaxın artsa da, dollarla artım cəmi 40-50 faizə yaxın artıb.

Gülzar N. Məmmədli
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo