İqtisadiyyat

Ekspert: İpoteka gənc ailələrin cibinə uyğun deyil

9 Dekabr, 2017
2280
"Əvvəllər bizim ipoteka götürmək fikrimiz yox idi, amma ev almaq istəyirdik, əmlak satışı saytlarında bir elan qarşımıza çıxdı, zəng edib maraqlandıqdan sonra yoldaşımla ofislərinə getdik...”

Bunu 25 yaşlı Şahnaz Əhmədova deyir. 

O, yeni ailə həyatı qurub. Bu il yoldaşının adına ipoteka yolu ilə ev alıblar. 

Şahnaz Əhmədova deyir ki, qaydalar onlara, daha doğrusu, ödədikləri ilkin ödənişə uyğun olsa da, yeni ailə həyatı qurmuş cütlüklər üçün ipoteka ilə ev almaq heç də asan deyil: 
"Nəğd və ipoteka şərtləri ilə tanış olduqdan sonra yoldaşımla qərar verdik ki, ipoteka götürək. Qaydalar bir növ bizə uyğundur, məsələn, ödənişi alıcı özü müəyyənləşdirir. İlkin ödəniş nə qədər çox olsa, aylıq məbləğ o qədər azalır. İpoteka ilini nə qədər uzun götürsən, bu da ödənişə təsir edir. Bizim əlimizdə bir az pulumuz var idi deyə problem yaşamadıq. İpoteka götürmək sərfəlidir, əgər pulunuz varsa. Ümumiyyətlə, bizdə ipoteka götürmək üçün əsas 3 yol var; Biri klassik qaydada, lazım olan sənədləri yığırsan, banka müraciət edib müraciətçilərin arasından seçilməyi gözləyirsən. İkinci yol, hazır ipotekada satılan ev axtarırsan. Bu zaman hazır ipotekada olan evi sahibindən onun şərtlərinə uyğun formada ala bilərsiniz. Üçüncü yol isə binanı tikən şirkətlə razılaşırsan, evi seçirsən. Nəticə etibarı ilə hər üç halda cibində pulun olmalıdır”. 

"İpoteka qətiyyən gənc ailələrin cibinə uyğun deyil”

Şahnaz Əhmədova deyir ki, ipotekanın yüngülləşdirməyin tək yolu ilkin ödənişdir: 

"Bizdə ipoteka götürmək üçün banklara evsiz olduğunu yox, az qala çoxlu evinin olduğunu sübut etməlisən. Əgər əlinizdə ipoteka üçün müəyyən məbləğ varsa, ən uyğun olan hazır ipotekada olan evi almaqdır. Bu, daha az əziyyətli və əlavə xərc olmayan variantıdır. Evin qiymətinə görə ipoteka götürəndə həddindən çox baha çıxır, bu da birbaşa İpoteka Fondu və onun müəyyənləşdirdiyi faizlə əlaqədardır. Hələ biz götürəndə 7 faiz idi, indi isə 8 faizdir. Dediyim kimi, sonralar hər ay ödəyəcəyiniz məbləğ ilkin ödənişdən asılıdır. Bizim bəxtimizdən əlimizdə pulumuz var idi, ona görə ödədiyimiz məbləğ utopik deyil, amma az da deyildi. Gənc ailələrin ev sahibi olmağından söhbət açmalı olsaq, onu dəqiq deyə bilərəm ki, ipoteka qətiyyən gənc ailələrin cibinə uyğun deyil. Normalda ikiotaqlı ev almaq üçün siz heç olmasa 20 min manatdan artıq ilkin ödəniş etməlisiniz ki, aylığı ödəyə biləcəyiniz məbləğə gəlsin, o da alacağınız ev şəhərin mərkəzində deyil, ya Xırdalan, ya Günəşli, ya da bir az da kənara çıxsan Biləcəridə olacaq”. 

İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, "İpoteka haqqında” qanuna dəyişiklik olunmasına baxmayaraq, ödəniş faizləri hələ də yüksəkdir: 

"2015-ci ildə ipotekanın verilməsi ilə bağlı qanuna dəyişikliklərdən sonra ən azından demək olar ki, artıq ipoteka həcminin maksimum məbləği dəyişib. Bəzi hallarda hətta bazarda 150 minə qədər dövlət vəsaiti hesabına kreditin verilməsini müşahidə edə bilirik. Əvvəlki dövrlərdə bu məhdudiyyət 50 min manat həcmində idi. İpoteka faizləri ilə bağlı da müəyyən irəliləyişlər hiss olunmaqdadır. Düzdür, qanunvericilikdə bu barədə böyük bir dəyişiklik baş verməyib. Maksimum ipoteka faizi 8 faizdir, ancaq biz son dövrdə bankların 7 faizlə ipoteka krediti təşkil etdiyini görürük ki, bu da bazarda tələbin müəyyən qədər aşağı düşməsi və məbləğin artması fonunda ödəniş qabiliyyətinə mənfi təsir göstərməsinin nəticəsində yaranır. Faizin aşağı düşməsi aylıq ödənişləri müəyyən qədər azaldıb. Banklar da mövcud imkanlardan daha çox yararlanmağa çalışırlar, çünki bu vəsaitlər İpoteka Fondunun vəsaitləridi  və hər bir bank yaranmış imkandan daha çox istifadə etmək və daha çox kredit verməyə çalışır”. 
 

Ekspert hesab edir ki, buna baxmayaraq, şərtlər yenə də vətəndaşlar üçün ağırdır: 

"Faktiki olaraq qanuna edilən son dəyişikliyə görə ipoteka kreditlərinin verilməsi üçün tələb olunan 10 faiz ilkin ödəniş məhdudiyyəti ləğv olundu və bu məhdudiyyət bankların səlahiyyətinə keçdi. Belə ki, banklar ilkin ödəniş faizini özləri təyin edirlər. Əvvəlki dövrlərdə isə maksimum 10 faiz ödəniş tələb edilirdi və vətəndaşın yazılı razılığı olmadan banklar ipoteka kreditinin faizini dəyişə bilmirdi, amma hazırda səlahiyyət banklara verildiyinə görə banklar daha çox ilkin ödəniş almaqla öz gələcək kredit tədbirlərini sağlamlaşdırmaga çalışırlar. Təbii ki, bu da alıcılığı aşağı salır və eyni zamanda əvvəlki dövrlərdə mövcud olduğu kimi daha çox imkanlı adamların bu vəsaitlərdən yararlanmasına gətirib çıxarır. Faizlər məsələsi kifayət qədər yüksək görünə bilər, amma Azərbaycan reallığı məsələsi də var. Çünki valyutanın məzənnəsini gələcək dövrlər üçün proqnozlaşdırılmaq olmur. Eyni zamanda infilyasiya səviyyəsinin yüksək olması, digər tərəfdən mənfəət normasının yüksəkliyi məsələləri var. Bütün bunların fonunda faizlərin 7, 8 faiz olaraq müəyyən edilməsi normal qəbul edilməsə də, hardasa başadüşüləndir. Nəzərə alsaq ki, ipoteka siyasəti eyni zamanda güzəştli mənzil strategiyasına uyğun aparılmalıdır, digər tərəfdən, ümumiyyətlə, götürəndə bu kimi siyasətdən daha çox aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasında istifadə olunmalıdır, bu prizmadan yanaşsaq, vəziyyət elə də ürəkaçan deyil. Faktiki olaraq aztəminatlı ailələrin gəlirləri ipotekanın aylıq ödənişini kompensasiya edəcək səviyyədə deyil. Ən aşağı ödəniş yaxşı halda təxminən 250 və 300 manat ətrafında olur ki, bu da bugünkü şərtlər daxilində aztəminatlı ailənin ödəyə biləcəyi məbləğ deyil”. 

"Şərtləri yüngülləşdirirlər "

 

Daşınmaz Əmlak üzrə ekspert Nüsrət ibrahimov isə bildirir ki, ipoteka şərtləri günün tələbinə cavab verir: "Əvvəllər şərtlər daha ağır idi və zaman keçdikcə bu şərtləri yüngülləşdirirlər. Əgər bazarda alıcı çoxdursa, şərtləri ağırlaşdırırlar ki, alıcının sayını tənzimləsinlər. Alıcının sayı azaldıqda isə şərtləri yüngülləşdirirlər ki, alıcılıq artsın. Say azalsa, şərtlər yenidən bir qədər yüngülləşməyə doğru gedəcək, bununla bərabər zaman keçdikcə həm faizlər aşağı düşür və digər şərtlər də yüngülləşir”. 

Lalə İsgəndərli
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo