İqtisadiyyat

Ekspert: "İlin sonuna dollar 1.90-1.95 manat olacaq"

22 Aprel, 2017
1011
Ölkə iqtisadi durum, manatın yaxın, uzaq taleyi, qiymətlər qalxsa da minimum əməkhaqqının dəyişməməsi bu gün aprelin 22-si (2017) medianın aparıcı mövzusudur...

Ərzaq bahalaşır, maaşlar yox

"Exo” qəzetində "Azərbaycanda maaşlar: bacarırsan, yaşa” sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspert Nəriman Ağayevin düşüncələrinə yer verilib.

N. Ağayev qəzetə deyib ki, 2016-cı ilin ortalarından indiyə kimi ərzaq mallarının qiymətləri reallıqda ən azı 25 faiz bahalaşıb:

"Buna baxmayaraq hökumətin müəyyən etdiyi istehlak minimumu bir elə dəyişməyib. Bizim mərkəz tədqiqat apararaq iki xəstəsi olan ailədəki durumu daimi müşahidə etdi. Aydın oldu ki, sadəcə mövcud olmaq üçün ailədə hər nəfərə ayda 380 manat pul lazımdır. Belə olan halda 155 manatlıq minimum ilə dolanmaqdan söhbət belə gedə bilməz”.

Ekspert xatırladıb ki, ölkədə kommunal xidmətlərə görə, qiymətlər qaldırılıb. Bu da yaşayış minimumuna mənfi təsir göstərir.

N. Ağayev hesab edir ki, minimum əməkhaqqı yetərli deyil:

"Onlar öz hesablamalarında alternativləri qəbul etmirlər. Bu gün isə birmənalı olaraq aydındır ki, çoxları qidaya qənaət edərək doyunca yemir, bu isə sağlamlığa təsir edir, müalicəyə isə pul yoxdur. İndiki istehlak minimumu ilə vətəndaş aclıq çəkməyə məcburdur”.

Azərbaycan hökuməti 2017-ci ildə yaşayış minimumunu 155 manat məbləğində müəyyən edib. Bu təxminən 500 manat hesab edilən orta aylıq maaşla müqayisədə 3-3,5 dəfə azdır.

2016-cı il ilə müqayisədə yaşayış minimumu artıb. Əvvəl isə bu məbləğ cəmi 136 manat idi.

Manatı nə gözləyir?

"Bizim Yol” qəzetində "Dollarla bağlı proqnoz - 1.95 olacaq” sərlövhəli məqalə diqqət çəkir.

Bu yazıda da iqtisadçı ekspert Natiq Cəfərli manatın yaxın, uzaq taleyi ilə bağlı düşüncələrini bölüşür .

Ekspert deyib ki, yaxın 2-3 ayda dolların məzənnəsində ciddi enmə və ya bahalaşma gözləmir:
 
 

"Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları ərəfəsində ölkəmizdə dolların 1.65-1.70 civarında qalması ehtimalı yüksəkdir.

Çünki hökumətin də özünün qırmızı xətti var. Əslində çox baha manat hökumətə sərf eləmir. Çünki büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlər yaşana bilər. Ona görə də 1.70 sanki qırmızı cizgidir. Odur ki, son 4 hərracdır ki, məzənnə əsasən dəyişmir. Yəni məzənnədə çox cüzi dəyişikliklər olur ki, buna da dəyişiklik deyilməz. Ona görə də rəsmi məzənnədə ciddi dəyişikliyin olacağını gözləmirəm”.

Ekspert deyib ki, Mərkəzi Bank valyuta alqı-satqısında 4 faizlik marjanı ləğv etməklə bankların qazanmasına imkan yaradıb.

N.Cəfərli hesab edir ki, valyuta alqı-satqısındakı indiki məzənnə, hələ 2-3 ay davam edə bilər:

"İslam Oyunlarından sonra "Formula-1” yarışları da olacaq. Bütün bu idman yarışları bitənə kimi, hələlik, dolların indiki səviyyələrdə, yəni 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir. Dünya Bankı da Azərbaycanla bağlı hesabat açıqlayıb. Hesabatda əsas problemin manat kütləsi və dövriyyəsinin azalması göstərilib. Bu da məzənnənin sabitləşməsinə təsir edir. Amma ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərir. Hətta beynəlxalq ekspertlər də bizim aylardır, dediklərimizi dolayı olsa da təsdiqlədilər. Ona görə də, çox ciddi dəyişikliyin və ucuzlaşmanın olmasını gözləmirəm”.

Ekspert dolların məzənnəsinin 1.50 və ya ondan da aşağı düşə bilməsi haqda proqnozları əsaslı saymır. O, idman yarışlarından sonra dolların qiymətinin dərhal qalxacağı qənaətində də deyil:

"Yarışlardan sonra dərhal dolların qiymətinin qalxmasını görməyə bilərik, əsas proseslər payızda olacaq. İlin sonuna kimi dollar 1.90-1.95 manat həddində olacaq”.

Böhrana ən az məruz qalan ölkə

"Azərbaycan” qəzetində "Azərbaycan inkişafda olan ölkələr arasında ilk yerdədir” sərlövhəli məqalədə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan qlobal böhran şəraitində bir çox ölkələrə əlçatmaz görünən iqtisadi inkişafa nail olub:

"Cari ilin birinci rübünün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub. Azərbaycan iqtisadi böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olub”.

Yazıda vurğulanır ki, iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb.

Müəllif hesab edir ki, ölkənin neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Cari ilin üç ayında ticarət dövriyyəsinin 15 faiz, ixracın 50 faiz artması aparılan uğurlu iqtisadi islahatların nəticəsidir:

"Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur. Bu yaxınlarda Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb”.

Müəllifin gəldiyi nəticəyə görə, hazırda əsas məsələ ixracın artması və şaxələndirilməsidir .Belə olan halda, ölkənin dayanıqlı inkişafını təmin etmək mümkündür.
 
Azadliq.org
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo