14:34, 25 May 2018 (Cümə) 84

Əfv sərəncamının icrası başa çatıb

Əfv sərəncamının icrası başa çatıb
Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası başa çatıb.

APA-nın məlumatına görə, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Bu, 64-cü əfv sərəncamıdır.