20:36, 17 May 2018 (Cümə axşamı) 285

Əfv komissiyasının iclasları yekunlaşdı

Əfv komissiyasının iclasları yekunlaşdı
Bu gün, mayın 17-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək".

Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.