13:46, 18 Oktyabr 2018 (Cümə axşamı) 229

Əfqanıstanda NATO-nun konvoyuna hücum olub

Əfqanıstanda NATO-nun konvoyuna hücum olub


/ DÜNYA
Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.
 
"TRThaber” xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə bildirib.

Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.

NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Hücumun məsuliyyətini üzərinə götürən "Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.