Siyasət

Əfqan Muxtarlı öz hesabına müalicə istəyir

20 Oktyabr, 2017
544
Bu gün, oktyabrın 20-də Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti keçirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, jurnalistə qarşı verilən ittihamlar məzmunca dəyişdirilib. Ancaq maddələr dəyişməz qalıb. O bunun detallarını açıqlamayıb.

Vəkilinin sözlərinə görə, Əfqan Muxtarlı istintaq zamanı özünü təqsirli saymadığını bildirib.

Elçin Sadıqovun qeyd etməsinə görə, deyib ki, araşdırma yazıları ilə bağlı Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib. O, həbsdə tutulmasının qanunsuz olduğunu, səhhətinin pisləşdiyini, ürək nahiyyəsində kəskin ağrılardan əziyyət çəkdiyini bildirib.

E. Sadıqovun həmçinin deməsinə görə, Ə.Muxtarlı istintaqdan xahiş edib ki, Mərkəzi Klinik Xəstəxanada və ya Gömrük Hospitalında öz hesabın müayinə- müalicə olunmasına şərait yaradılsın.

E.Sadıqov istintaq hərəkətləri aparıldıqdan sonra Əfqan Muxtarlı ilə təkbətək də görüşüb. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ilə konfidensial ünsiyyət qurmasına maneçilik törədilib.


"Təcridxanadan çıxarkən qeydiyyat otağında əlimdəki "Vəkillərin qeydiyyat kitabı”nı aldılar. Ə.Muxtarlı ilə təkbətək görüş zamanı etdiyim qeydləri oxudular. Bunun qanunsuz olduğunu bildirsəm də, göstərişin birbaşa Penitensiar Xidmətin rəhbərliyindən gəldiyini bildirdilər”, - deyən vəkil hesab edir ki, onu təhlükəsizlik məqsədi ilə yox, jurnalistlə görüşdə etdiyi qeydləri prokurorluğa çatdırmaq məqsədi ilə yoxlayıblar.

E.Sadıqov hesab edir ki, ona qanunsuzluğa yol verilib. O, araşdırma tələbi ilə ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Ombudsmana və Vəkillər Kollegiyasına müraciət edəcəyini bildirib.

Ə.Muxtarlının digər vəkili Nemət Kərimli də Bakı İstintaq Təcridxanasında jurnalist ilə görüşdən sonra zorakı münasibətə məruz qaldığını bildirmişdi.

Ancaq, hələlik, vəkillərin bu açıqlamalarına nə Penitensiar Xidmətdən, nə də Bakı İstintaq Təcridxanasından münasibət almaq mümkün olub.


Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. Bu yaxınlarda isə bu cinayət işinin «Meydan TV»nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

«Meydan TV»nin rəhbər işçiləri ilə bağlı ötən ilin əvvəlində cinayət işi açıldığı bəlli olmuşdu. Onda ittihamları qəbul etməyən «Meydan TV»nin rəhbəri Emin Milli AzadlıqRadiosu-na bunları demişdi:

«Artıq bəlli olub ki, «Meydan TV»nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb».

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo