Siyasət

Əfqan Muxtarlı Gürcüstan parlamentinə müraciət edib

10 Oktyabr, 2017
513
"Mənim kriminal keçmişim yoxdur, Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Tbilisidən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd-keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət əməkdaşlarına təhvil verilmişəm".

Hazırda Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının Gürcüstan parlamentinə müraciətində belə yazılıb.

Jurnalist müraciətində iddia edib ki, Azərbaycan prezidenti İlham Əliyevin sifarişi ilə Gürcüstan xüsusi xidmət orqanları onu oğurlayaraq təhvil veriblər:"

"Oğurlanmağıma səbəb Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin - həyat yoldaşı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevanın Gürcüstanda biznesi ilə bağlı yazdığım araşdırmalar olub".

Jurnalist vurğulayıb ki, rəsmi Tbilisi son zamanlar Azərbaycanın təzyiqləri ilə Gürcüstana pənah gətirən jurnalist və fəallara yaşayış izni verməkdən imtina etməyə başlayıb. Ona və həyat yoldaşı Leyla Mustafayevaya da yaşayış izni verilməyib.

"Rəsmi olaraq Gürcüstan ərazisində təhlükəli fəaliyyətlə məşğul olduğumuzu bildirdilər. Mən oğurlanandan sonra səkkiz ay əvvəl "təhlükəli fəaliyyətdə" ittiham olunan həyat yoldaşıma Gürcüstanın baş naziri Giorgi Kvirikashvili vətəndaşlıq təklif edib", - jurnalist yazıb.

Ə.Muxtarlı hər zaman tənqidçi jurnalistika ilə məşğul olduğunu, Gürcüstan hakimiyyətini, parlament çoxluğuna malik "Gürcü Arzusu" Partiyasını tənqid etdiyini qeyd edib.

"Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat edirdi. Saxlanmağım və qanunsuz olaraq təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım".

Ə.Muxtarlı həbsini əksər beynəlxalq qurumların qınamasından da bəhs edib.

"Prezident Giorgi Marqvelaşvili mənim oğurlanmağımın Gürcüstanın dövlətçiliyini və suverenliyini təhlükə altına saldığını bildirib", - yazan jurnalist Gürcüstanda onunla bağlı cinayət işi açıldığını, ancaq istintaqdan narazı olduğunu vurğulayıb.

Ə.Muxtarlı əminliklə bildirib ki, Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanları onun oğurlanmasını əvvəlcədən planlaşdırıblar. O vurğulayıb ki, onun saxlanması ilə bağlı müşahidə kameralarının görüntülərinə müdaxilə edilib.

Müraciətin sonunda Ə.Muxtarlı deputatları onun işinin ədalətli araşdırılmasından ötrü komissiya yaratmağa səsləyib.

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Mənbə: AzadlıqRAdiosu 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo