Siyasət

Əfqan Muxtarlı ədliyyə nazirin həbsxanaya çağırır

30 Yanvar, 2019
965
Həbsdə olan Jurnalist Əfqan Muxtarlı media vasitəsilə Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. 

Bu barədə Arqument.Az-a jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, jurnalist naziri saxlandığı 16 saylı cəzaçəkmə müssisəsinə dəvət edib: "Əfqan Muxtarlının çağırışı  həbsxananın yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır".

"Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. Fikrət Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın”, - jurnalist deyib.

Ə. Muxarlı bildirib ki, həbsxana rəhbərliyi onun Ədliyyə nazirliyinə yazdığı məktubları göndərməkdən imtina edib. Buna görə də nazirə media vasitəsilə müraciət edir.

Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini bildirib.

Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl - barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib.

Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo