Siyasət

Əfqan Muxtarlı bacısının 40 mərasiminə buraxılıb- YENİLƏNİB

8 Fevral, 2018
714
Əfqan Muxtarlı bacısı Nuranə Muxtarlı, bacısı və qardaşı qızlarıın 40 mərasiminə buraxılıb.
Bu baradə  Müsavat partiyasının funksioneri Elman Fəttah məlumat yayıb.
                                                             ***
 

Vəkil Nemət Kərimli həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının yaxınlarının hüzr mərasimində iştirakı üçün Penitensiar Xidmətin Baş İdarəsinə müracət edib.

Vəkilin Meydan TV-yə bildirməsinə görə, fevralın 5-də müraciət etsə də, bugünədək cavab verilməyib.

Fevralın 8-də Ə.Muxtarlının yaxınlarının 40 mərasimi keçiriləcək. Jurnalistin bacısı Nuranə Muxtarlı, bacısı və qardaşı qızları 2017-ci il dekabrın 31-də yaşadıqları mənzildə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Yanvarın 5-də Balakən Rayon Məhkəməsi, daha sonra isə Şəki Penitensiar Müəssisəsi vəkillərin Ə.Muxtarlının hüzr mərasiminə buraxılması haqqında müraciətlərini təmin etməyib.

Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin, eləcə də Avropa jurnalist və hüquq-mudafiə təşkilatlarının çağırışlarına da məhəl qoymayıb.

Bu yaxınlarda isə Böyük Britaniyanın xariçi işlər naziri Alan Dunkan İcmalar Palatasının saytında yerləşdirilən yazılı sualları cavablandırarkən jurnalistin həbsi haqqında narahatlığını ifadə edib.

"Biz Əfqan Muxtarlının Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesini və məhkəmə qərarının siyasi motivli olduğunu, onun həbsinin Azərbaycanda jurnalistlər, siyasi fəallar və hüquq müdafiəçilərinə elan olunan hökmlərin bir nümunəsi hesab edirik. Biz Azərbaycan hakimiyyətinə təcili olaraq işə baxılması üçün çağırışlarımızı davam etdiririk. Bizim Azərbaycandakı səfirlik Əfqan Muxtarlı işini Azərbaycan hökuməti qarşısında qaldırmaqda davam edəcək. Biz cənab Muxtarlının vəfat edən ailə üzvlərinin dəfn mərasimində iştirakı ilə bağlı müraciətdən də xəbərdarıq”.

Alan Dunkan Britaniyanın Tbilisidə yerləşən səfirliyinin Gürcüstandakı prosesləri izlədiyini də bildirib.

"Bizim Əfqan Muxtarlının Gürcüstanda oğurlanması iddialarına dair ciddi narahatlığımız var. Tbilisidəki səfirliyimiz cənab Muxtarlının oğurlanması məsələsini Gürcüstan hökuməti qarşısında qaldırıb. Biz Gürcüstan hökumətini mümkün qədər tez açıq və şəffaf araşdırma aparmağa çağırmışıq”.

Alan Dunkan bu açıqlamanı Britaniya Parlamentinin İcmalar Palatasının deputatı İan Austinin yanvarın 19-da ünvanladığı suallara cavab olaraq verib.

İan Austinin məktubunda Ə.Muxtarlının Tbilisidən oğurlanaraq Azərbaycana gətirildiyi, faciəvi şəkildə ölən yaxınlarının yasına buraxılmadığı və 6 il müddətinə azadlıqdan məhrum edildiyi qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan hökumətinin mətbuat azadlığı və insan hüquq və azadlıqlarına qarşı hücumu Avropa İnsan Haqları Konvensiyasının açıq şəkildə pozulması hallarıdır.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Muxtarlının ilkin istintaq və məhkəmə istintaqında verdiyi ifadələrinə görə, o, Tbilisidə cinayət polisi geyimində olan şəxslər tərəfindən saxlanılıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə maddəsi (315.2), dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Ə. Muxtarlı yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır. Beynəlxalq Amnistiya təşkilatı onu vicdan məhbusu elan edib

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo