Siyasət

Əflatun Amaşov yenidən sədr seçildi

10 Mart, 2018
594
Mətbuat Şurasının İdarə Heyəti bundan sonra 23 nəfərdən ibarət olacaq.

"Turan” agentliyinin xəbərinə görə, Mətbuat Şurasının bu gün, martın 10-da keçirilən 7-ci qurultayında qurumun nizamnaməsinə bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə əsasən İdarə Heyətinin üzvlərinin sayı 17 nəfərdən 23 nəfərə çatırılıb. Dəyişiklik internet mediası təmsilçilərinin də İdarə Heyətində təmsil olunması zərurəti ilə əsaslandırılıb.

Bundan sonra İdarə Heyəti 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet mediası təmsilçisindən ibarət olacaq.

Mətbuat Şurasının qurultayında quruma yaradılandan bəri rəhbərlik edən Əflatun Amaşovun hesabat məruzəsi də dinlənilib. O, şuranın gördüyü işlərdən danışıb, quruma daxil olan, araşdırılan şikayətlərdən bəhs edib. Ə.Amaşov deyib ki, quruma jurnalistlərlə bağlı daxil olmuş şikayətlərin 70 faizdən çoxu əsaslı olmayıb.

Ə.Amaşov rəhbərlik etdiyi qurumla bağlı tənqidələrə də toxunub.

"Bəziləri bizi tənqid edir. Onlar bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər, bu, yalandır”, deyən Ə.Amaşov həbsdəki jurnalistlərlə bağlı müəyyən addımların atıla biləcəyini ifadə edib.

O, hazırda həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsindən ötrü prezidentə müraciət olunmasını təklif edib.

Müzakirələrdən sonra Mətbuat Şurasının sədrliyinə seçkilər olub. Ə.Amaşov yenidən qurumun sədri seçilib.

Qurultay iştirakçıları qurumun İdarə Heyətinin üzvlərini də yeniləyiblər.

Mətbuat Şurası 2003-cü ildə yaradılıb.Hazırda ölkədə 10-dan çox jurnalist və bloqqerin həbsdə olduğu bildirilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo