14:41, 21 May 2018 (Bazar ertəsi) 114

Əcnəbilərin qeydiyyatında yenilik

Əcnəbilərin qeydiyyatında yenilik
Mayın 21-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq ölkədə fəaliyyət göstərən bütün "ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Dövlət Miqrasiya Xidməti ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında mayın 17-də imzalanmış anlaşma memorandumu ölkədə 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin "ASAN xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini nəzərdə tutur. Agentlik nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyi götürüb.