19:11, 17 İyul 2018 (Çərşənbə axşamı) 194

Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayılıb

Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayılıb
Prezident İlham Əliyev "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan agentliyinə 1,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.