13:43, 17 Aprel 2018 (Çərşənbə axşamı) 89

Dövlət Statistika Komitəsi ÜDM ilə bağlı məlumat yayıb

Dövlət Statistika Komitəsi ÜDM ilə bağlı məlumat yayıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 17 milyard 185.1 milyon manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.

DSK vurğulayır ki, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 2.3 faiz çoxdur.

"Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib", - məlumatda yazılır.

Əhalinin hər nəfərinə düşən ÜDM 1755.7 manata bərabər olub.

Ötən il ÜDM-nin çox cüzi artdığı açıqlanmışdı. Ancaq müstəqil ekspertlər DSK-nin məlumatına şübhə ilə yanaşmışdılar. 2016-cı ildə isə ÜDM-nin 3.8 faiz azaldığı bildirilirdi.
 
 
azadliq.org