22:06, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 39

Dövlət müşaviri vəzifəsinin ləğv olundu

Dövlət müşaviri vəzifəsinin ləğv olundu
Prezident İlham Əliyev bu gün, noyabrın 21-i ‘’Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə’’ qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Sənəddə Nazirlər Kabinetinə tapşırılıb ki, qanun və aktlarının dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin. Qanundan irəli gələn digər məsələləri həll etsin.

Dəyişikliklərə əsasən, dövlət müşaviri vəzifəsi "Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsində inzibati vəzifələrin ali təsnifatı sırasından, Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılıb.

Dəyişikliklər Milli Məclisin bu il oktyabrın 31-də keçirilən iclasında qəbul olunub.

Bundan bir müddət öncə isə dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri ləğv olunub.

Ötən il Konstitusiyaya edilən dəyişikliklə ölkədə vitse prezident institutu təsis edilib. Prezident İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse prezident təyin edib.