20:02, 29 Yanvar 2019 (Çərşənbə axşamı) 193

"Dövlət çevrilişi cəhdinin yeganə məqsədi neftdir"



/ DÜNYA
"ABŞ tərəfindən Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiya tətbiq olunması bütün çevriliş cəhdlərinin arxasında neft amilinin durduğuna dəlalət edir".

"Report" xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Xorge Arreas bildirib.

"Vaşinqton nümayəndələri Venesuelada dövlət çevrilişi cəhdinin yeganə və həqiqi məqsədinin neft olduğuna dair konkret və təkzibolunmaz dəlilləri ...həyasızlıqla bütün dünyaya nümayiş etdirdilər", - nazir vurğulayıb.

Yanvarın 23-də Venesuela Milli Assambleyasının sədri, müxalifət lideri Xuan Quaydo paytaxt Karakas şəhərindəki mitinqdə özünü müvəqqəti dövlət başçısı elan edib.