11:23, 23 Yanvar 2019 (Çərşənbə) 186

Dünyanın ən yenilikçi ölkələri

Dünyanın ən yenilikçi ölkələri


/ DÜNYA
Dünya ölkələrinin iqtisadiyyatının innovativliyi ilə bağlı illik araşdırmalarının nəticələri açıqlanıb.

"Bloomberg" agentliyi nəticələri dərc edib.

Artıq altıncı dəfədir ki, bu reytinqin birinci sırasını Cənubi Koreya tutur. 

İkinci sırada ötən ildə keçirilmiş elmi tədqiqat və təhsil sahəsinin təkminləşdirilməsi sahəsində Almaniya tutmuşdur.

Üçüncü sırada Finlandiya, dördüncü sırada İsveçrə, beşinci sırada isə İsrail durur.

2018-ci ildə ikinci yer tutmuş İsveç, bu il 7-ci yerə düşmüşdür. Sinqapur siyahıda 6-cı, ABŞ isə 8-ci yer tutur.

Artıq yeddi ildir "Bloomberg Innovation Index", yeddi göstəricidən istifadə etməklə müxtəlif ölkələri təhlil edir.

Bu göstəricilərə tədqiqat və inkişafa sərf edilmiş maliyyə vəsaiti, istehsal potensialı və yüksək texnologiyalı ictimai şirkətlərin konsentrasiyasına xərclər də daxildir.

Fins.az