11:01, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 108

Dünyanın ən güclü pasportu bu ölkənindir

Dünyanın ən güclü pasportu bu ölkənindir
Vizasız səyahət meyarına əsaslanan pasport reytinqi açıqlanıb. 

 "Arton Capital” şirkətinin tərtib etdiyi reytinqə əsasən, Azərbaycan pasportu ilə 71 ölkəyə vizasız getmək mümkündür.

Rusiya pasportu 116 ölkəyə, Gürcüstan və Türkiyə pasportları 115 ölkəyə, Ermənistan pasportu 68 ölkəyə, İran pasportu 42 ölkəyə vizasız səyahət imkanı verir.

Litva və Latviya pasportları 161, Estoniya pasportu 160, Ukrayna pasportu 131, Moldova pasportu 112, Qazaxıstan pasportu 80, Belarus pasportu 79, Qırğızıstan pasportu 68, Özbəkistan pasportu 63, Tacikistan pasportu 62, Türkmənistan pasportu 57 ölkədə vizasız işləyir.

Reytinq cədvəlinə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. Bu ölkənin pasportu ilə 167 ölkəyə sərbəst getmək olar.

İkinci yerdə Sinqapur və Almaniya pasportları gəlir: 166 ölkə

Siyahının sonunda Əfqanıstan dayanır. Bu ölkənin pasportu ilə 29 ölkəyə vizasız getmək imkanı var.