19:15, 28 Fevral 2018 (Çərşənbə) 108

Dünyada internetə çıxış 8.3 faiz artıb

Dünyada internetə çıxış 8.3 faiz artıb


/ DÜNYA
2017-ci ildə dünyada internetə çıxış 8,3 faiz artıb. "The Economist Intelligence" Facebook-un sponsorluğuyla "İnklüziv İnternet İndeksi"ni hazırlayıb. İndeks artıq ikinci ildir ki hazırlanır.

Dəyərləndirmə 85 ölkə üzrə aparılıb. Ümumilikdə internetə girən kişilərin qadınlardan 33,5 faiz çox olduğu üzə çıxıb. Azgəlirli ölkələrdə gender fərqli kişilərin xeyrinə 80,2%-dir. Amma Nepal, Malavi, Mozambik kimi bir sıra aşağı gəlirli ölkələr qadınlar və qızlar arasında internetə çıxışın yaxşılaşdırılması siyasəti yürüdürlər.

İndekslə eyni zamanda "İnternetin Dəyəri" adlı sorğu da keçirilib. 85 ölkədə 4 min 267 istifadəçi internetin onların həyatına təsirini dəyərləndiriblər. Sorğu üzə çıxarıb ki, özəlliklə Asiya, Yaxın Şərq və Afrikada internet vətəndaşlar üçün imkanlar mənbəyidir. Hər 10 respondentdən altısı deyib ki, "internetdən istifadə məni daha da müstəqil edib".

Avropada isə şəxsi həyat və təhlükəsizlik məsələlərinin internetdən istifadəni məhdudlaşdırdığı aşkarlanıb. Ümumilikdə, respondentlərin 85%-i deyib ki, özəl həyatdan dolayı internetdən istifadəni müəyyən dərəcədə azaldıblar.