Dünya

Dünyada 250-dən çox jurnalist həbsdədir

13 Dekabr, 2018
1251
Artıq 3 ildir dünyada 251 və daha artıq jurnalist həbsdədir. 
 
Bu, tənqidi xəbər işinə avtoritar yanaşmanın heç də müvəqqəti olmadığını göstərir. Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəs (CPJ) bildirir ki, ötən il Çin, Misir və Səudiyyə Ərəbistanı daha çox jurnalisti həbsə atdırıb, Türkiyə isə dünyada ən çox jurnalist həbs edən ölkə olaraq qalır.

Artıq üçüncü ildir Çində, Misirdə və Səudiyyə Ərəbistanında yeni repressiya dalğası mətbuat azadlığına təzyiqlərdə özünü göstərib.

CPJ bu hesablamanı aparandan son üç ildə həbsə atılan jurnalistlərin sayında rekord göstərici qeydə alınır. 2016-2017-ci illərdə də eyni mənzərə idi. Dünyada həbsdə olan jurnalistlərdən yarıdan çoxu isə Türkiyə, Çin və Misirdə dəmir barmaqlıqlar arasındadır.

Həbs olunmuş jurnalistlərin əksəriyyətinə – 70 faizinə dövlətə qarşı ittihamlar irəli sürülüb. Onlar hakimiyyətin terrorçu kimi tanıdığı qruplara üzvlükdə, yaxud onlara yardımda suçlanır.

Dünyada saxta xəbər ittihamıyla həbs olunanların sayı 28-ə çatıb, iki il öncə bu rəqəm doqquz idi.

Saxta xəbər ittihamıyla Misirdə 19, Kamerunda dörd, Ruandada 3, Çin və Misirin hərəsində bir jurnalist həbsdədir. Bu artım həm də dünyada "saxta xəbər” ritorikasının yayıldığı bir dönəmə düşür. ABŞ Prezidenti Donald Trump bu sahədə aparıcı mövqedədir.

Çində 47 jurnalist həbsdədir, bu da daha çox Sincan regionunda uyğur etnik azlığına qarşı təqib dalğası ilə əlaqədardır. Çində azı 10 jurnalist ittihamsız saxlanıb, onların hamısı Sincandadır. BMT Pekinin bu regionda kütləvi nəzarətdə, 1 milyona yaxın adamı məhkəməsiz saxlamaqda suçlayır.

CPJ qeyd edir ki, Vyetnam və Azərbaycanda da həbsdə olan jurnalistlərin sayı ikirəqəmlidir, birində 11, digərində 10 jurnalist həbsdədir. Ancaq Özbəkistana CPJ son 20 ildə ilk dəfə olaraq həbsdə jurnalistin olmadığını vurğulayır.

Azərbaycan hakimiyyəti ölkədə heç bir jurnalistin peşəsinə görə həbs olunmadığını, ifadə, mətbuat azadlığının tam təmin olunduğunu bildirir.

Mənbə: Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo