11:03, 08 Oktyabr 2018 (Bazar ertəsi) 127

Dünya bazarında neftin qiyməti azalır

Dünya bazarında neftin qiyməti azalır
Dünya bazarında neftin qiyməti ötən həftələrdəki sürətli artımdan sonra bu həftəyə azalma ilə başlayıb.

"Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, 0,82% azalaraq 83,47 dollar/barel təşkil edib.

Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə 0,67% azalaraq 73,84 dollar/barel olub.

"Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq ötən həftə 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub. 
 
Report