13:21, 11 Dekabr 2017 (Bazar ertəsi) 267

Dumanlı hava gözlənilir

Dumanlı hava gözlənilir
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Dekabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 5-8, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın yağmursuz olacağı bildirilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənir. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti təxmin edilir.