10:45, 10 Mart 2018 (Şənbə) 214

DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları artırılıb

DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları artırılıb
Azərbayan prezidenti İlham Əliyev cümə günü Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

2018-ci il martın 1-dən etibarən onların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları 10 faiz artırılıb.