12:39, 16 Mart 2018 (Cümə) 267

Doğulan körpələrin 52,9 faizi oğlandır

Doğulan körpələrin 52,9 faizi oğlandır
Demoqrafik vəziyyətlə bağlı rəsmi hesabat açıqlanıb. Toplum Tv-nin məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2018-ci il fevralın 1-nə ölkə əhalisinin sayı 9 milyon 904 min 850 nəfərə çatıb. İlin əvvəlindən əhali 6765 nəfər artıb.

Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. Hər 1000 kişiyə 1004 qadın düşür.

Yanvar ayında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 11938 doğulan körpə qeydə alıb. Doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi qızdır.

İlin ilk ayında ölkədə 5284 ölüm halı rəsmiləşib, 4329 nikah və 1230 boşanma qeydə alınıb.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin daimi yaşamaq üçün 210 nəfər gələn, 99 nəfər isə gedən qeydə aldığı bildirilir.