İqtisadiyyat

Dolların kəskin ucuzlaşacağı gözlənilir

27 Mart, 2017
1024
Martın 27-də dünyada fond indeksləri və ABŞ dollarının məzənnəsində sərt ucuzlaşmanın olacağı gözlənilir.
Buna səbəb martın 24-də ABŞ-da eks-prezident Barak Obamanın başladığı "Obamacare" kimi tanınan səhiyyə islahatlarının ləğv edilməsi barədə Donald Trampın vəd etdiyi qərara öz partiyasından olan siyasətçilərin qarşı çıxması və nəticədə, qərarın qəbul edilməməsi olub. Baş verən hadisə maliyyə bazarlarında şok effekti yaradıb. Qlobal maliyyə bazarı iştirakçıları Trampın vergi islahatları və fiskal xərcləri artırmaq barədə planlarına da şübhə ilə yanaşmağa başlayıblar. Nəticədə, ABŞ dolları bu gün səhər saatlarında demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə ucuzlaşmağa başlayıb. Belə ki, USD/EUR 0,55% artaraq 1,0860, USD/GBP 0,57% artaraq 1,2545, JPY/USD isə 1,07% azalaraq 110,20 səviyyəsinə çatıb.
ABŞ-ın yeni prezidentinin seçki öncəsi platformasında səslənən fiskal xərclərin artırılması və vergi islahatları qərarlarının baş tutacağı ehtimalları ilə 10% bahalaşan ABŞ fond indekslərində bu gün kəskin azalmanın olması qaçılmazdır. Hazırda "Dow Jones" indeksində fyuçers kontraktları 0,8% və ya 160 bənd ucuzlaşıb. "Report"un analitik qrupu bu azalmanın axşam saatlarına qədər daha da artacağını proqnozlaşdırır. Həmçinin, ABŞ dolları üzrə ucuzlaşmanın davam edəcəyi və əsas valyuta cütlüyü USD/EUR-un 1,10-a yaxınlaşacağı ehtimal edilir.
Azərbaycan manatı üçün dolların ucuzlaşması müsbət hadisə kimi qiymətləndirilsə də, daha çox neft qiymətlərinin dəyişməsi amili əsas götürülür. Dolların ucuzlaşması normal şərtlər daxilində neftin qiymətinin artmasına səbəb olsa da, hazırda dünya neft hasilatının artması neft qiymətlərini 50 dollar/barelə qədər enməsinə səbəb olub. Buna baxmayaraq Bakıda keçiriləcək valyuta hərracında dolların məzənnəsinin bir qədər düşəcəyi proqnozlaşdırılır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo