İqtisadiyyat

"Dollara tələb artacaq"– ekspert

27 İyul, 2017
1005
Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq valyuta bazarında dollar bahalaşıb.

Ekspert Vüqar Bayramovun fins.az-a verdiyi məlumataq görə, real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdı.

Bu arada Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib.
Baş bankın son açıqlamasına görə, həm valyuta ehtiyatalarında, həm də pul bazasında artım müşahidə edilib. Belə ki, bankın valyuta ehtiyatları 4,964 milyard dollar, pul bazası isə 8,274 milyard manata çatıb. Bununla belə, hər iki göstərici 2014-cü il ilə müqayisə də yenə də aşağıdır. Belə ki, pul bazası sözügedən ildə 11,866 milyard manat idi. Eyni zamanda, həmin il Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan çox olub. Bu isə ondan xəbər verir ki, xüsusən də 2014 və 2015-ci illərdə Mərkəzi Bank öz ehtiyatları ilə valyuta bazarına intervensiya etmək məcburiyyətində qalıb.

Bu göstəricilər fonunda ən çox verilən sual manatın məzənnəsinin necə olması ilə bağlıdır. 
Manat bazası milli valyutanın məzənnəsin təsir göstərən əsas factor olsa da, idxalın azalması, dollarlaşma səviyyəsi və neftin satışından daxil olmalar məzənnəyə təsir göstərməkdədir. İdxalın azalması və neftin bir barellinin qiymətinin 50 dollar ətrafında dəyişməsi tədiyyə balansına birbaşa təsir göstərir. 2017-ci ilin ikinci yarısında manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi yenə də aparıcı olacaq. Mərkəzi Bank son aylar rəsmi məzənnəni çox cüzi dəyişməklə həmçinin cəmiyyətə kursun volatilliyi ilə bağlı mesaj verməyə çalışır. 

Aydındır ki, hərraca çıxarılan dolların əksər hallarda hammısı satılmadığı üçün bazar qaydaları üçün milli valyutanın kursu yüksəlməlidir. Amma hiss olunur ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində də maraqlı görsənmir. Bu baxımdan, növbəti dövr üçün məzənnənin necə dəyişəcəyini proqnozlaşdıran zaman dollara tələbin necə dəyişəcəyinə diqqət yetirmək lazımdır. İlin sonunadək avqustun ikinci yarısı və sentyabrın birinci yarısı və eləcə də dekbar aylarında dollara tələbin yüksələcəyi gözlənilir. Belə ki, sentyabrda tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır. Eyni zamanda, yeni mövsümün başlaması ərzaq idxalını da artırmış olur. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır. Ənənəvi olaraq dekabrda dollar tələb yüksəlir. Bu idxalın və eləcə də bayramlar ilə bağlı olaraq səfərlərin sayının artması və o cümlədən dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır. Sözügedən aylarda dollar tələbin yüksəlməsinin məzənnəyə necə təsir etməsi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.






Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo