İqtisadiyyat

Dollar ucuzlaşdı, amma... - Ekspert rəyi

14 Fevral, 2017
1247
Son günlərdə milli valyutamız olan manatın dollar qarşısıında möhkəmlənməsi müşahidə olunur. Lakin bu proses istehlak mallarının qiymətlərinin dəyişməsinə təsir etmir. Manatın devalvasiyası dövründə istehlak mallarının qiymətini qaldıran sahibkarlar bəs niyə bu gün əks prosesi həyata keçirmir?

 Arqument olaraq əllərindəki məhsulların valtyutanın əvvəlki kursu zamanı alındığını bəyan edirlər. Bəs ekspertlər bu barədə nə düşünür?

"Monitorinqə ehtiyac var”

İqtisadçı ekspert Vüqar Bayramov Toplum.Tv-yə manatın güclənməsi dövründə istehlak mallarının qiyməti ilə bağlı azalmaların müşahidə olunmamasının səbəblərini izah edərkən bildirib ki, bu, dolların əvvəlki kursu ilə bağlıdır: "Məsələ ilə bağlı sahibkarların arqumenti ondan ibarətdir ki, anbarlarda məhsullar var və o məhsullar satılmadığı üçün yeni məhsul gətirməyiblər. Anbarlarda olan məhsullar da ölkəyə əvvəlki məzənnə ilə idxal olunduğu üçün qiymət azalmalarına getməyiblər. Qismən razılaşmaq mümkündür ki, anbardakı məhsullar, həqiqətən də, dolların məzənnəsinin yüksək olduğu dövrdə gətirilib. Amma elə ərzaq məhsulları var ki, onların saxlanılma müddəti elə də çox deyil. Saxlanılma müddəti qısa müddətli olub, idxalı bir neçə həftəyə qədər olan məhsulların da qiymətində azalmalar müşahidə edilməyib. Manatın məzənnəsi zəifləyən zaman sahibkarlar bundan istifadə edərək qiymət artımlarına gediblər, lakin manatın məzənnəsi möhkəmlənən zaman bu qiymətləri azaltmayıblar”. 
İqtisadçı ekspert hesab edir ki, bahalaşma ilə bağlı monitorinqlərə ehtiyac var: "Bahalaşma ilə bağlı bir vacib məqam ondan ibarətdir ki, bu, müəyyən sahibkarların daha çox gəlir əldə etməsi və istehlakçıların xərclərinin artmasına gətirib çıxardır. Ona görə bu vəziyyətin aradan qaldırılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin aparılmasına ehtiyac var. Xərclə satış qiyməti arasında fərqləri müzakirə etmək lazımdır. Xərc dəyişib, qiymət dəyişməyibsə, buna uyğun olaraq  addımlar atmaq imkanı var. Düşünürəm ki, manatın dəyərlənməsinə baxmayaraq, qiymət azalması baş vermədiyi üçün İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqin aparılmasına və qiymətlərin yeni məzənnəyə uyğunlaşdırılmasına ehtiyac var”.

"İnhisarçılara fürsət yaranıb"
''Martda yumurta istehlakı artacaq'' - Vahid Məhərrəmov
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə bildirib ki, dolların məzənnəsinin aşağı enməsi, müvəqqətidir: "Birincisi, sahibkarlar da bilir ki, doların qiymətinin aşağı düşməsi müvəqqətidir. İkincisi, Azərbaycana kənd təsərrüfatı məhsulları, ərzaq malları xaricdən idxal olunur. Bu malın ölkəyə gətirilməsində himayədarlar var. Bu inhisarçılar da daha çox gəlir əldə etmək istəyirlər. İndi onlara daha çox gəlir əldə etmək üçün fürsət yaranıb. Düşünürəm ki, ikinci faktor daha güclüldür. Ona görə uzun müddətdir ki, Azərbaycanda ərzaq mallarının qiyməti dünya bazarında mövcud olan qiymətdən 20 30 % yüksəkdir. Bu da inhisarçılığln aradan qaldırılmaması ilə bağlıdır. İnhisarçılar də ölkədə yaranan durumdan istifadə edib daha çox gəlir əldə etmək marağındadırlar”.

"Manat möhkəmlənirsə, yaxşıdır". 
Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, manat Azərbaycanda nə qədər möhkəmlənirsə, ölkə iqtisadiyyatı üçün o qədər yaxşı haldır: "Hesab edirəm ki, manatın möhkəmlənməsi Azərbaycanın maliyyə bazarında ajiotaj, sahibkarlar və investorlarda ümidsizlik yaratmamalıdır. Əgər dollar 1,70-ə düşübsə, 15-20 gündən sonra devalvasiyaya gediləcəksə, yenidən manat ucuzlaşacaqsa, onda bu qərarı başa düşmək çətin olacaq". 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub. 

Gülzar N. Məmmədli
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo