17:34, 04 Yanvar 2017 (Çərşənbə) 263

Dollar ən yüksək həddə

Dollar ən yüksək həddə
Dolların məzənnəsi dünyanın əsas valyutalarına nisbətdə qəflətən yüksəlib.

Fins.az "Bloomberg” agentliyinə istinadən məlumat verir ki, ABŞ-ın milli valyutasının məzənnəsində dəyişikliyi izləməyə imkan verən dollar indeksi əsas valyutalardan olan avro, yapon yeni, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kroununa qarşı 2002-ci ildən bəri ən yüksək həddə çatıb. 

Yanvarın 3-də avronun dollara qarşı məzənnəsi 1% ucuzlaşaraq 1,0341 dollara düşüb. Bu 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Belə ki, sonuncu dəfə bu göstərici 2003-cü ilin yanvarın 3-də qeydə alınıb. 

Yanvarın 3-də Yapon yeni dollara qarşı 0,6% ucuzlaşaraq 118,6 dollara, Türkiyə lirəsi isə 1,7% ucuzlaşaraq 3,6 lirəyə bərabər olub. Türkiyə lirəsi dollara nisbətdə ən çox ucuzlaşan valyuta olub.