Dollar alışı dollar satışını üstələyib
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, yanvarda olduğu kimi fevralda da dollar alışı dollar satışını üstələyib. Bundan başqa, əvvəlki ayla müqayisədə alış 2 dəfədən çox artıb.
Hesabata əsasən, fevralda banklar əhalidən 222,427 mln. nağd dollar alıb, əhaliyə 151,155 mln. nağd dollar satıb.
2 ay ərzində isə xalis alış 104,452 mln. dollar, o cümlədən alış 418,095 mln. dollar, satış isə 313,643 mln. dollar təşkil edib.
XƏBƏRLƏR