16:02, 13 Oktyabr 2017 (Cümə) 27

Dindar Xaliq Siyabov sərbəst buraxılıb

Dindar Xaliq Siyabov sərbəst buraxılıb
"Seyid Xaliq" ləqəbi ilə tanınan dindar Xaliq Siyabov sərbəst buraxılıb. Vəkil Yalçın İmanov Meydan TV-yə deyib ki, X.Siyabovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu məlum olub və sərbəst buraxılıb.

Vəkil hələlik onunla görüşmədiyi üçün hansı səbəbdən saxlanıldığını bilmir.

Vəkilin sözlərinə görə, X.Siyabovu oktyabrın 11-də polis əməkdaşları aparıblar. Bundan sonra onun barəsində hər hansı məlumat olmayıb.