11:02, 25 May 2018 (Cümə) 212

DİN: Saleh Rüstəmov sağ-salamatdır

DİN: Saleh Rüstəmov sağ-salamatdır
Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report”-a bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: "Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin vəkili məlumat yayacaq”.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

S.Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.