18:54, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 49

DİM X sinif “Ümumi tarix” dərsliyi ilə bağlı açıqlama yaydı

DİM X sinif “Ümumi tarix” dərsliyi ilə bağlı açıqlama yaydı
Dövlət İmtahan Mərkəzi (DİM) X sinif "Всеобщая история” ("Ümumi tarix”) dərsliyi ilə bağlı məsələyə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib.

Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: "Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə əsasən, qurum yalnız Təhsil Nazirliyinin rəsmi sifarişi əsasında dərsliklərin monitorinq və qiymətləndirməsini apara bilər. Bu il də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yalnız Azərbaycan dilində olan dərsliklərin nəşrə qədər qiymətləndirilməsi ilə bağlı müqavilə bağlanıb. Mərkəzə nəşrəqədərki Azərbaycan versiyasında olan dərsliklərin maketləri göndərilib. Bir neçə maketdə heç bir müəllifin adı, kim tərəfindən yazılması qeyd olunmayıb. Mərkəz yalnız bu dərsliklərin qiymətləndirilməsində iştirak edib. Sonradan nazirlik onların arasında hansına üstünlük veribsə, onu seçərək rus dilinə tərcümə edib".