10:22, 09 Fevral 2018 (Cümə) 185

DGK-nın yanvarda büdcəyə köçürdüyü vəsait açıqlanıb

DGK-nın yanvarda büdcəyə köçürdüyü vəsait  açıqlanıb
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 226 mln. 88,3 min manat təşkil edib.

Qurumun açıqladığı rəqəmlərə əsasən, 2017-ci ilin yanvar ayı ilə müqayisədə daxilolmalar 51 mln. 125,7 min manat və ya 29,96% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,6 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 018,9 min manat, aksizlər üzrə 6 mln. 780,7 min manat, yol vergisi üzrə isə 2 mln. 818,1 min manat təşkil edib.