13:06, 06 Mart 2018 (Çərşənbə axşamı) 207

DGK-nın fevralda büdcəyə köçürdüyü vəsaitin məbləği açıqlanıb

DGK-nın fevralda büdcəyə köçürdüyü vəsaitin məbləği açıqlanıb
Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 219 mln. 663,6 min manat təşkil edib.

Toplum Tv qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayı ilə müqayisədə daxilolmalar 24 mln. 724,7 min manat və ya 12,68% çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə daxilolmalar 6 mln. 424,7 min manat və ya 2,84% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 58 mln. 983,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 151 mln. 691,1 min manat, aksizlər üzrə 6 mln. 390,2 min manat, yol vergisi üzrə isə 2 mln. 599,2 min manat təşkil edib.