Siyasət

Deputatların etik davranış qaydaları haqqında qanunda dəyişikliklər edilir

22 Oktyabr, 2018
1238
 Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

"Report” xəbər verir ki, komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə daxil olan beş məsələdən üçü vaxtilə bu komitədə hazırlanmış və işçi qrupu ilə birgə müzakirə edilmiş qanun layihələridir.

Ə.Hüseynli öncə "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. Qanun layihəsində hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərə dair 10-cu və maraqlar toqquşmasının qarşısının alınmasına dair 11-ci maddələrə təklif olunan dəyişiklikləri ətraflı şərh edib.

Gündəlikdəki ikinci və üçüncü məsələni iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid təqdim edib. O bildirib ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-cu, 16-cı və 17-ci maddələrinə dəyişikliklər edilməsi "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tətbiqi ilə əlaqədardır.

Sonra şöbə müdiri 17 may 1996-cı il tarixli qanunla təsdiq olunmuş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə qanun layihəsini ətraflı şərh edib.

İclasda aparılan fikir mübadiləsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırıb. Qeyd olunub ki, bu qanun layihələri Milli Məclisdə üç oxunuşdan keçəcək. Müzakirədə səslənmiş yeni təkliflər işçi qrupu ilə birgə müzakirə olunaraq ayrıca layihə hazırlanacaq.

Qərara alınıb ki, komitədə baxılan hər üç qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına təqdim edilsin.

Sonra "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məsələyə də baxıldı və plenar iclasa tövsiyə olunub.

Deputatlar gömrük və miqrasiya orqanlarında qulluq keçmə, dövlət vergi və daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamələrdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo