00:44, 30 Dekabr 2017 (Şənbə) 1760

"Deputatlar ancaq özləri üçün çalışırlar" -Sorğu

Milli Məclisin büdcəsinə 2 milyon manat əlavə vəsait ayrılıb

Bu barədə "Turan" İnformasiya Agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, 2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək. Bu da dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. 

Məlumatda həmçinin deputatların maaşlarının artması ehtimalı vurğulanır. 

"Prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən "2018-ci ilin dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur", - agentlik yazır.  

Agentliyin yaydığı xəbərdə qeyd olunur ki, 2016-cı ildə parlamentin saxlanmasına 23 milyon 469,7 min manat xərclənib: "2017-ci ildə qanunvericilik orqanına 471 min manat çox vəsait ayrılıb. 2017-ci ilə nisbətən 2018-ci ildə seçilmiş deputatlar üçün xərclər 2 milyon manat artacaq. Azərbaycanın parlamenti 125 deputatdan ibarətdir".

Ölkə başçısının 2017-ci il dekabrın 25-də imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manat müəyyənləşdirilib. Yəni 116 manat olan minimum əməkhaqqı 14 manat artırılıb. Maraqlıdır, deyilənlərə əsasən minumum əməkhaqqının 14 manat artırıldığı ölkədə deputatın maaşına 800 manat əlavə olunacaqsa, əhalinin buna münasibəti necə olacaq?

Toplum.Tv olaraq məhz bu sualla paytaxt sakinlərinə müraciət etdik. Buyurun, izləyin.

İqrar Qurban
Lalə İsgəndərli