19:36, 16 Mart 2018 (Cümə) 154

Deputat: "Naxçıvan-Gəncə aviareysinin yenidən açılması zəruridir"

Deputat:
"Naxçıvan-Gəncə aviareysinin yenidən açılması sosial zərurətə çevrilib".

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev bu təkliflə çıxış edib. O qeyd edib ki, reysin açılması tələbələr başda olmaqla, xeyli insanın iki bölgə arasında gəliş-gedişini, eyni zamanda bölgələrarası əlaqələri daha da asanlaşdıracaq.