Sosial

Dələduzluqda ittiham olunan vəkil müvəkkilindən aldığı pulu geri qaytarmayıb

4 Fevral, 2019
971
13 saylı vəkil bürosunun vəkili Məmmədvəli Cəfərovun Bakının Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Rəhman Yusifovu həbsdən azad etdirmək üçün onun oğlundan 150 min manat aldığı iddia olunur. R.Yusifovun oğlu Rəşad Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə ifadə verib.

Hakim Rasim Sadıqovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Rəşad Yusifovu Ali Məhkəməyə pul vermək adıyla 150 min manat alıb aldatmaqda ittiham olunan M.Cəfərov özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra zərərçəkmiş Rəşad Yusifov ifadə verib. O bildirib ki, atası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Daha sonra vəkil Məmmədvəli Cəfərovla müqavilə bağlayıb, Ali Məhkəməyə şikayət veriblər. Vəkil xidmətinə görə ona 2 min manat pul ödəyib:

"Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, işi həll edəcəyini bildirdi. Məndən 2014-cü ilin noyabr ayında 150 min manat pul istədi. Mən də əvvəl metronun "Xətai" stansiyasının qarşısında ona 140 min, daha sonra "Dostluq" kinoteatrının yanında 10 min manat pul verdim. 2015-ci ilin əvvəllində 2 dəfə kassasiya şikayətini geri götürdü ki, iş alınmır. Sonra baxdım ki, bu adam məni aldadıb. Pulumu geri istəyəndə, bəhanələr etdi, telefonumu açmırdı, mənə ümidlər verirdi".

Zərərçəkmişin sözlərinə görə, Ali Məhkəmə atası haqqında hökmü qüvvədə saxlayandan sonra M.Cəfərov deyib ki, bir tanışı vasitəsilə R.Yusifovun adını prezidentin əfv siyahısına saldıracaq.

R.Yusifov bildirib ki, M.Cəfərov aldığı puldan hissə-hissə olmaqla, ümumilikdə 61 min 500 manat pul qaytarıb.

M.Cəfərov isə bildirir ki, pul ona yox, dostuna verilib. Həm də atasının buraxılması üçün yox, siqaret biznesi məqsədilə. R.Yusifov isə bunu təkzib edir:

"Üzləşmədə ondan soruşdum ki, nə biznes? Hardan nə alınacaqdı? Cavab belə verə bilmədi".

R.Yusifov 11 il icra başçısının müavini işlədikdən sonra 2008-ci ildə Qaradağ rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin olunub. 2012-ci ildə bu vəzifədə işləyərkən cinayət məsuliyyətinə cəlb olunub. Rüşvət almağa görə 5 il azadlıqdan məhrum edilən R.Yusifov 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb.

Vəkil M.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. O, həbsdə deyil.

M.Cəfərov özü də əvvəllər Baş prokurorun müavini işləyib.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo