14:41, 14 Fevral 2018 (Çərşənbə) 50

Dağlıq yerlərdə qar gözlənir

Dağlıq yerlərdə qar gözlənir
Fevralın 15-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Cənub küləyinin əsəcəyi, axşam onun şimal küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Fevralın 15-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.