11:45, 23 Noyabr 2017 (Cümə axşamı) 52

"Dağlıq Qarabağı tanımırıq" - Fransa XİN

"Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq".
 
Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.
 
"Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"nı hökümət riayyət etməyə məcbur deyil",  -deyə nazirliyin məlumatında vurğulanır.  
 
Separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfəri çərçivəsində Alforvil bələdiyəsi ilə separatçı qurum arasında dostluq "xartiyası" imzalanıb.
 
Bununla əlaqədar Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb.