10:20, 06 Fevral 2018 (Çərşənbə axşamı) 183

Dağıstan hökuməti istefaya göndərilib

Dağıstan hökuməti istefaya göndərilib
Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.

TASS agentliyinin verdiyi xəbərə görə, digər sərəncamla V.Vasilyev region hökuməti başçısının müavini Anatoliy Karibovu yeni hökumət formalaşanadək müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edib.

Bu gün, fevralın 6-da Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Onlara qarşı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb.  Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev  səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.