20:33, 14 İyul 2018 (Şənbə) 257

Daha iki sayta cinayət işi açılıb

Daha iki sayta cinayət işi açılıb
Qəsdən yalan məlumat yaydığı bildirilən daha 2 saytın, "gununsesi.info" və "teref.info"-nun vəzifəli şəxsləri barəsində də Baş Prokurorluqda cinayət işləri başlanılıb.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı yeni həbslərin aparıldığı da bildirilir.

Gəncə hadisələrində təqsirləndirilən Akif Əliyev hüquq-mühafizə qurumlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edildiyi deyilir.

Ondan başqa, Gəncə hadisələrinin fəal iştirakçıları olduğu deyilən Seymur Əliyev və Elman Rüstəmovun da həbs edildikləri qeyd olunur.

AZƏRTAC-ın məlumatına görə, Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.