19:17, 05 Aprel 2018 (Cümə axşamı) 106

Daha bir şəhər bloka əl atır

Daha bir şəhər bloka əl atır


/ DÜNYA
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması aprelin 5-də internet resursları ilə bağlı yeni cəza qanununa səs verib. İlk oxunuşda qəbul edilən layihə hakim Vahid Rusiya Partiyasından olan bir qrup deputatın təşəbbüsüdür.

Layihəyə əsasən, vətəndaşın şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, hüquqi şəxsin işgüzar nüfuzuna xələl gətirən məlumatları internet resursundan yığışdırmamaq həmin resursa girişin məhdudlaşdırılmasına gətirəcək.

Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişikliklərə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
 
2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Azadliq.info, Azadliq.org, Azerbaycansaati.com, Meydan.tv saytlarına girişə və "Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyub.

Məhkəmə saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.

novator.az