11:54, 25 Aprel 2018 (Çərşənbə) 63

Daha bir neçə hal üzrə azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilir

Daha bir neçə hal üzrə azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilir
Azərbaycanda məsuliyyət yaradan daha bir neçə hal üzrə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunur.

Bununla bağlı Cəzaların İcrası Məcəlləsinə əlavələr təklif olunub.

Layihəyə görə, cəriməni ödəməkdən boyun qaçırmanın nəticələrinə, ictimai işlər növündə cəza çəkən şəxslərin məsuliyyətinə, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilən tənbeh tədbirlərinə görə azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək.

Azadlığın məhdudlaşdırılması cəzası ötən sessiya Azərbaycan Cinayət Məcəlləsinə yeni cəza növü kimi əlavə edilib və bir sıra maddələri əhatə edir.

Layihə Milli Məclisin mayın 1-də və 2-də keçiriləcək ardıcıl plenar iclaslarının birində müzakirəyə çıxarılacaq.
APA