Siyasət

Daha bir jurnalist saxlanıldı

7 Dekabr, 2016
384
Dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) "Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevi saxlayıb. "Gündəlik Bakı” qəzetinin redaksiyası "Azərbyacan” nəşriyyatında yerləşir.

Bu barədə Amerikanın Səsinə "Azərbaycan” nəşriyyatındakı mənbələrdən bəlli olub.

DTX jurnalistin saxlanmasının səbəbləri ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Bir neçə gün əvvəl DTX "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevi saxlayıb.

Müşahidəçilər hesab edir ki, DTX-nin keçirdiyi əməliyyatlar jurnalist adından sui-istifadə edərək insanlardan pul tələb etmənin qarşısını almağa yönəlib.

Azərbaycan Mətbuat Şurası hər iki qəzeti bir neçə il öncə "qara siyahısı”na daxil etməsinə baxmayaraq həmin nəşrlərə qarşı təsirli tədbirlər görulməyib.

Bəzi yerli nəşrlər hər iki qəzetin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş yüksək vəzifəli şəxsləri ilə bağlı olduğunu yazır. Belə ki, yerli saytlar yazır ki, keçmiş MTN-nin hazırda həbsdə olan yüksək vəzifəli şəxsləri bu qəzetlər vasitəsi ilə biznesmenləri şantaj edib,böyük məbləğlərdə rüşvət alıblar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo