Siyasət

Daha bir cəbhəçinin həbs olunduğu açıqlanıb

22 Fevral, 2017
484
AXCP Neftçala rayon şöbəsinin gənc fəalı Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilir.

Bunu AzadlıqRadiosuna partiyanın sədr müavini Gözəl Bayramlı bildirib.

Gözəl Bayramlı deyir ki, E.Fərəcov ötən il dekabrın 9-u saxlanıb. Ancaq bəzi səbəblər üzündən həmin vaxt bu olay ictimaiyyətə açıqlanmayıb.

G.Bayramlının deməsinə görə, E.Fərəcov AXCP Neftçala rayon şöbəsinin Gənclər Komitəsinin fəallarındandır: "O, əvvəllər də bir neçə dəfə inzibati qaydada müxtəlif müddətə həbs olunub: 2016-cı ilin sentyabr aksiyasından sonra 5 sutka cəza alıb. Sosial şəbəkələrdə kifayət qədər fəal olub. Odur ki, E.Fərəcova qarşı narkotik ittihamı uydurmadır".

Sədr müavini qeyd edir ki, E.Fərəcov vəkil problemi ilə də üzləşib: "Bir vəkil müəyyən olundu, o, rayona getməkdən imtina etdi. Ancaq bu günlərdə Nemət Kərimli bu məsələyə qatılıb. Bu günlərdə Neftçala Rayon Məhkəməsində vəkilin E.Fərəcovun ev dustaqlığına buraxılması haqda vəsatətinə baxılıb və məhkəmə vəsatəti təmin etməyib. Bu gün ( fevralın 22-si) yenidən onun Kürdəxanıya gətirilməsi gözlənilir".

G.Bayramlı deyir ki, gənc fəal dekabrın 9-da aldadılaraq həbs edilib: "Dost adı ilə evdən bayıra çağrıblar və oradan da həbs edərək aparıblar. Ailələrinə təzyiqlər olduğuna görə internet səhifəsini bağlayıblar".

Sədr müavini gəncə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama) maddəsi ilə ittiham irəli sürüldüyünü bildirir.

Məsələyə, hələlik, Neftçala rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Son günlər AXCP-nin bir neçə fəalı inzibati qaydada həbs edilib. Onlara 20 gündən 30 günə kimi inzibati həbs verilib.

Bu partiyanın 10-a qədər fəalı isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Partiya onların şərlənərək siyasi sifarişlə həbs edildiyini bəyan edib. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo